Dünya

Bu ölkələr dağılacaq - SSRİ-nin məhvini öncədən deyən ekspertdən şok proqnoz

15 Yanvar 2024 09:15
Baxış: 2 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qaçılmaz süqutla üz-üzə qalan Qərb dağılacaq, Rusiya isə güclənəcək".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə 1970-ci illərdə SSRİ-nin dağılacağını dəqiq proqnozlaşdıran məçhur fransalı sosioloq Emmanuel Tod "Le Figaro"-ya müsahibəsində deyib.

E.Tod bu qənaətlərini üç faktorla əsaslandırır: "Birincisi, ABŞ-da sənayenin və təhsilin tənəzzülüdür. İkincisi, Qərb cəmiyyətində protestantlığın dəyər kimi yoxa çıxmasıdır. Üçüncüsü, Rusiyanın dünyanın qalan hissəsində artan cəlbediciliyidir".

Onun sözlərinə görə, Rusiyanın yeni mühafizəkar "yumşaq gücü" ölkələrə "dəli" kimi görünən Qərb əxlaqından daha cəlbedici gəlir.

"İqtisadiyatının sanksiyaların şokuna tab gətirməsi də Rusiya iqtisadi modelinin cəlbediciliyini artırır. Qərbdə Rusiya haqda deyilənlər çox vaxt doğru çıxmır: o, tənəzzülə uğrayan ölkə kimi təqdim edilir, halbuki, onun sürətlə bərpa və yenidənqurmaq mərhələsində olduğuna diqqət yetirmirlər.

Rusiya sistemini silahlandıran və milli birliyi qidalandıran məhz Qərbin düşmənçiliyidir. Beləliklə, sanksiyalar Rusiyaya genişmiqyaslı idxalı daxili istehsalla əvəzləməyə imkan verdi ki, bu da onların iqtisadiyyatına Avropa İttifaqı iqtisadiyyatı üzərində əhəmiyyətli üstünlük verəcək", - E.Tod deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.