Dünya

Qalaktikamızda heyrətamiz hadisə baş verdi - FOTO

14 Yanvar 2024 08:52
Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Günəş Süd yolu adlı qalaktikamızın spiral qollarından birində - Orion-Qu qolunda yerləşir və planetlərlə birlikdə qalaktikanın mərkəzi ətrafında fırlanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir dövr təxminən 250 milyon ilə başa gəlir və bu, bir qalaktik il hesab olunur.

Hazırda Günəş məhz 250 milyon il əvvəl olduğu nöqtəyə çatıb, yəni Günəş sistemi qalaktikamızın mərkəzi ətrafında tam bir dövr edib.

Təbii ki, heç kim dəqiq tarixi, məsələn, tam dövrün başa çatdığı və ya tamamlanacağı günü, ili və ya əsri dəqiq deyə bilmir.

Yeri gəlmişkən, Yerin artıq 18 qalaktik yaşı var. Onun yaranmasından təxminən 4,5 milyard il keçib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.