Dünya

Stalinin bağ evində iki cəsəd tapıldı

12 Yanvar 2024 20:22
Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SSRİ-nin keçmiş lideri İosif Stalinin Moskva vilayətinin Mıtişi rayonundakı tərk edilmiş bağ evində iki cəsəd tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

"İosif Stalinin tərk edilmiş evində iki cəsəd tapıldı. İlkin ehtimala görə, bu, ərazinin keçmiş mühafizəçisi və onun dostudur", - deyə jurnalistlər bildirib.

Onların ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, İosif Stalin 1932-1934-cü illərdə bu mülkdə yaşayıb.

Sonrakı onilliklər ərzində obyekt dövlət mülkiyyəti kimi istifadə edilib. 1989-cu ildə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşirdi. 2004-cü ildə bina yenidənqurma üçün bağlandı və daha sonra "Dom.RF"ə verildi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.