Dünya

Pentaqon rəhbəri Yəmənə hücum əmrini xəstəxanadan verib - ŞOK FAKTLAR

12 Yanvar 2024 09:55
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CNN yazır ki, Yəməndə husilərə zərbələr endirilən zaman prosesi Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanadan idarə edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bir neçə gün öncə ABŞ müdafiə naziri Lloyd Ostin gizli şəkildə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı.

Məlumatlara görə  bu gecə ABŞ və Böyük Britaniya Yəmənin dörd vilayətində hədəflərə 23 hava hücumu həyata keçirib. ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi Ostinin xəstəxanada olmasına baxmayaraq, əməliyyatı izlədiyi bildirilir. Yayılan xəbərlərə görə Ostinə prostat xərçəngi diaqnozu qoyulub.

Hazırda müdafiə nazirinin vəziyyəti stabilləşib və həkimlər onun tam sağalacağını gözləyirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.