Dünya

Çindən ABŞ-a: Bu qırmızı xətti keçmək olmaz!

12 Yanvar 2024 07:01
Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanın kimə məxsusluğu Çin ilə ABŞ arasında münasibətlərdə Vaşinqtonun keçməməli olduğu "qırmızı xətt"lə qeyd olunur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.

"Tayvan məsələsi Çinin əsas maraqlarının ən mühümüdür və Çin-ABŞ münasibətlərində keçilməməsi lazım olan ilk qırmızı xəttdir", - deyə M.Nin qeyd edib.

Diplomat vurğulayıb ki, ABŞ Tayvanda seçkilərə müdaxilənin yolverilməzliyi ilə bağlı tələsik bəyanatlar verir.

Mao Ninqin sözlərinə görə, Çin tərəfi bununla bağlı kəskin narazılığını bildirir və qətiyyətlə buna qarşı çıxır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.