Dünya

İsrail ordusu: Qəzzada öldürülən Əl-Cəzirə müxbirləri terrorçu olub

11 Yanvar 2024 06:51
Baxış: 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail ordusunda Qətər telekanalının Əl-Cəzirə telekanalının bir müddət əvvəl Qəzza zolağında ölən iki jurnalistinin terror fəaliyyətində iştirak etdiyi barədə məlumat var.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bu yaxınlarda (7 yanvar 2024-cü il - Qeyd) İsrail qoşunları Rəfah bölgəsində düşmənə məxsus pilotsuz uçan aparatı aşkar edib. Həmin PUA yaxınlıqdakı qoşunlar üçün təhlükə yaradıb. PUA-nın idarə edilən məntəqənin sıradan çıxarılması üçün İsrail təyyarəsi həmin əraziyə göndərilib. Daha sonra Fələstin mediası jurnalistlər Həmzə əl-Dahduh və Mustafa Suryanın bombalanma zamanı həlak olduğunu bildirib", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, hər iki jurnalist İsrail hərbçiləri üçün təhlükə yaradan PUA-ların idarə edirmiş:

"Mustafa Surya Qəzza şəhərində HƏMAS briqadasının üzvü və əl-Qadisiyyə batalyonunun komandir müavini olub, Həmzə əl-Dahduh isə radikal İslami Cihad qruplaşmasının fəaliyyətlərində iştirak edib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.