Dünya

BMT-nin Baş katibi Ekvadordakı vəziyyətdən narahatlığını ifadə edib

11 Yanvar 2024 07:35
Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Baş katibi Antoniu Quterreş Ekvadordakı vəziyyətdən son dərəcə narahatdır və zorakılıq hadisələrini pisləyir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Baş katib ölkədəki vəziyyətin pisləşməsindən və bunun ekvadorluların həyatına vurduğu dağıdıcı təsirdən son dərəcə narahatdır. Baş katib cinayətkar zorakılıq aktlarını qətiyyətlə pisləyir və Ekvador xalqı ilə həmrəy olduğunu bildirir", - deyə o qeyd edib.

Düjarrik əlavə edib ki, səhər Quterreş Ekvadorun dünya təşkilatındakı daimi nümayəndəsi ilə telefon danışığı aparıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.