Dünya

Netanyahu Blinkeni fələstinlilərin Qəzzadan çıxarılmayacağına əmin etdi

10 Yanvar 2024 07:35
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş nazir Binyamin Netanyahu danışıqlarda ABŞ dövlət katibi Antoni Blinkeni əmin edib ki, İsrail hakimiyyəti fələstinliləri Qəzza zolağından zorla çıxarmayacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə o, Tel-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.

"Artıq Baş nazirə dedim ki, Birləşmiş Ştatlar fələstinlilərin Qəzzanın hüdudlarından kənara köçürülməsi ilə bağlı istənilən təklifi birmənalı şəkildə rədd edir. Baş nazir isə bu gün mənə təsdiq etdi ki, bu, İsrail hökumətinin siyasəti deyil", - Blinken bildirib.

O, həmçinin bildirib ki, ABŞ və İsrail diplomatiya yolu ilə Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.

"Biz və İsrail hökuməti hesab edirik ki, diplomatik yol təhlükəsizliyə nail olmaq üçün ən yaxşı yoldur. Məhz buna nail olmaq üçün səylərimizi davam etdirəcəyik", - Blinken deyib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar" əməliyyatının başladığını elan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.