Dünya

Kişi bir səhvə görə işini, ailəsini və evini itirdi

9 Yanvar 2024 23:33
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişi bir məclisdəki bir qərarın həyat yoldaşını, evini və işini itirməsinə səbəb olan fəlakətli hadisələr zəncirini necə başlatdığını paylaşıb.

Milli.Az lent.az-a iatinadən xəbər verir ki, Li Daulinq bir dəfə kokaini sınamağa həvəslənib və bu qərar ona hər şey bahasına başa gəlib.

Tezliklə asılılığı güclənən tab gətirən 44 yaşlı Li narkotik aludəçiliyini aradan qaldırmaq üçün ev əşyalarını satmağa başlayıb.

Asılılıq o qədər dağıdıcı olub ki, ailə vəsaitlərini öz ehtiyacları üçün istifadə etdikdən sonra arvadı onu evdən qovub. Bundan sonra Li anasının yanına köçüb, lakin o, narkotik asılılığını örtmək üçün onun əmlakını satdığı üçün buradan da qovulub.

Daha sonra o, "Mançester Yunayted"in keçmiş futbolçusu Lu Makarinin yaratdığı "Makari mərkəzi" xeyriyyə təşkilatına sığınıb və 2019-2021-ci illərdə orada yaşayıb.

"Narkotiklərlə ilk dəfə qarşılaşanda ailəm, evim, karyeram və s. var idi. Amma tezliklə ailəmdən pul oğurlamağa, onların əşyalarını satmağa başladım. Mənimlə həyat dözülməz oldu.

Həyat yoldaşım məni evdən qovdu və boşanmaq üçün məhkəməyə müraciət etdi. Sonra  anamın yanına köçdüm. Bir il onunla yaşadım, hər şey təkrarlanana qədər. Mən onu soymağa, əşyalarını satmağa davam etdim, o da məni qovdu. Sonra "Makari mərkəzi"nə düşdüm".

Li 2021-ci ildə keçmiş cinayətkarları dəstəkləyən Nacro assosiasiyasından kömək istəyib və keçən il bərbər kimi vəsiqə qazanıb.

Li indi "Makari mərkəzi"ndə sakinlər üçün saç düzümü edir və kassir işləyir. İki ildir ki, narkotikdən istifadə etmir.

Dönüş nöqtəsi problemi tanımaq və yardımı qəbul etmək idi. Adam başa düşüb ki, narkotik mənim əsl problemim deyil, özüdür.

"Köməyə əl uzatmaq və onu qəbul etmək vacibdir. Bu mənim ilk addımım idi. Anladım ki, kömək istəyə bilərəm və kömək etmək istəyən insanlar var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.