Dünya

Ağ Ev Baydenin ailəsi ilə bağlı sənədləri Konqresə verməkdən boyun qaçırır

7 Yanvar 2024 23:13
Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı qanunvericilər ABŞ prezidenti Cozef Baydenə qarşı impiçment prosesinin başlanması ilə bağlı hələ qərar qəbul etməyiblər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson çıxış edib.

Onun sözlərinə görə, Ağ Ev tələb olunan sənədləri təhvil verməkdən və baş verənləri dəqiq müəyyən etmək üçün əsas olan bəzi şahidləri təqdim etməkdən imtina edir:

"Yenə deyirəm, biz hələ əvvəlcədən verilmiş hökmdən danışmırıq, impiçment prosedurunun başlanacağı qənaətinə gəlməmişik. Amma həqiqəti üzə çıxarmaq üçün ifadə almaq və sənədləri təhvil vermək üçün əlavə zəruri addımlar atmağa məcburuq. Prezidentə qarşı vaxtından əvvəl impiçment hökmü konstitusiya öhdəliklərinin pozulması olardı, lakin araşdırma aparmaq və həqiqəti aşkar etmək lazımdır".

Spiker qeyd edib ki, Baydenin ailəsi yaratdıqları şirkətlər vasitəsilə 20 milyon dollardan çox pul qazanıb: "Vəsaitlər Çin, Rusiya və Qazaxıstandan daxil olub. Bilirik ki, Cozef Bayden ən azı 22 dəfə xarici tərəfdaşları ilə oğlu Hanter Baydenin biznes fəaliyyətini müzakirə edib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory