Dünya

Xəstəxanada faciə: ölənlərin sayı 5-ə çatdı

6 Yanvar 2024 07:36
Baxış: 951
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyanın Uelzen şəhərində (Aşağı Saksoniya Federal Əyaləti) klinikada baş verən yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NDR televiziyası məlumat yayıb.

Ağır yanıq xəsarətləri alan xəstələrdən biri dünyasını dəyişib. 20-dən çox insan yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Yanğının söndürülməsi və insanların xilas edilməsi əməliyyatına 140 nəfər cəlb edilib. 50 xəstə digər tibb müəssisələrinə köçürülüb.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.