Dünya

Bunun üçün çoxlu əsir götürməliyik - Zelenski

4 Yanvar 2024 06:10
Baxış: 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 3-də baş vermiş hərbi əsirlərin mübadiləsi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasından bəri ən böyük əməliyyatlardan biridir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Bu gün hər şeyə, bütün çətinliklərə baxmayaraq, 200-dən çox insanımızı rus əsirliyindən azad edə bildik. Ukrayna mübadilə üçün bütün imkanlardan istifadə edir. Ukrayna hər bir beynəlxalq görüşdə məhbusların qaytarılması mövzusunu qaldırır. Biz nə qədər çox rusu əsir götürsək, mübadilə danışıqları bir o qədər effektiv olar", - prezident bildirib.

Qeyd edək ki, ötən gün BƏƏ-nin vasitəçiliyi ilə aparılan əsir mübadiləsi danışıqları nəticəsində Rusiya 248, Ukrayna isə 230 əsiri geri alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.