Dünya

Beyrutda dron zərbəsi nəticəsində HƏMAS-ın iki komandiri ölüb - YENİLƏNİB

3 Yanvar 2024 00:05
Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:05
-------

İsrailə məxsus dronun zərbəsi nəticəsində Livanın paytaxtı Beyrutda "İzzəddin Əl-Qəssam" briqadasının iki komandiri ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Al Aqsa" telekanalı məlumat yayıb.

Qeyd edək ki, daha öncə HƏMAS-ın siyasi bürosunda sədr müavini Saleh əl-Arurinin öldürüldüyünə dair məlumat yayılmışdı.

23:53
-------

İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhərətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəbər Agentliyinin nümayəndəsi deyib.

Hadisədə ümumilikdə üç nəfər ölüb. Onlardan biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir.

Qeyd olunub ki, olayda 11 nəfər yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.