Dünya

Zelenski 2024-cü il üçün əsas hərbi hədəfi elan etdi

2 Yanvar 2024 17:20
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın 2024-cü ildə əsas hərbi məqsədi Krımın təcrid olunmasıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "Ekonomist"ə (The Economist) müsahibəsində deyib.

"Krımın təcrid olunması və orada Rusiyanın hərbi potensialının deqradasiyası bizim üçün son dərəcə vacibdir. "Taurus" raketləri Ukraynaya 4 milyard dollarlıq Kerç körpüsünü dağıtmağa, Krım yarımadasını Rusiyadan təcrid etməyə və bölgədən hücumların sayını azaltmağa imkan verə bilər", - Zelenski bildirib.

Zelenski quru müharibəsinin problemlərini də açıqlayıb:

"Bizim vəzifəmiz Ukraynanın bu çox mühüm şəhərlərini - Xarkov, Dnepr, Zaporojye, Xerson, Nikolayevi xilas etmək, şərqi və cənubu, həmçinin ölkəmizin mühüm infrastrukturlarını qorumaqdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.