Hadisə

Ata ilə oğlunun ölümünə səbəb olan leytenant cəzalandırıldı

5 Dekabr 2025 15:50
Baxış: 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş FHN əməkdaşının məhkəməsi başa çatıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə rayon sakini 2001-ci il təvəllüdlü Allahverən Şükürova (soyad şərtidir) hökm oxunub.

Bildirilib ki, "Mercedes" markalı avtomobillə motosikleti vuran və ata ilə oğlunun ölümünə səbəb olan sürücü Fövqəladə Hallar Nazirliyi Muğan Regional İdarəsinin inspektorudur. Daxili xidmət leytenantı olan Allahverən işə bir neçə ay əvvəl düzəlibmiş.

Onun idarə etdiyi avtomobil İmişli rayonu ərazisində motosikletə çırpılıb və nəticədə nəqliyyat vasitəsində olan sərnişin Kazım İbişov və atası Mübariz İbişov aldıqları xəsarətlərdən həlak olublar.

Məhkəmədə mərhum şəxslərin ailə üzvləri sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.

Müvafiq hökmlə Allahverən Şükürov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib.

Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli müəssisədə çəkməsi hökmdə vurğulanıb.

Qeyd edək ki, məntəqə tipli müəssisədə cəza çəkən məhkumlar bəzi hallarda oranı tərk edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.