İdman

“Qalatasaray” futbolçuları biabırçı idilər” - Cerard

19 Mart 2026 21:07
Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul"un əfsanəvi simalarından biri olan Stiven Cerrard "Qalatasaray" matçından sonra "sarı-qırmızılılar" haqqında çox danışılacaq ifadələr işlədib. 

Milli.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul", 1:0 uduzduğu ilk oyunun revanşında "Qalatasaray"ı 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.

"Qalatasaray"lı futbolçuların tez-tez yerə yıxılmasını tənqid edən Cerrard bunları deyib:

"Qalatasaray başdan-ayağa rüsvayçı idi. Onların yerdə necə yuvarlandıqlarını gördünüz, bu, acınacaqlı mənzərədir. Bir neçə ciddi zədə halı oldu, lakin 'Liverpul' rəqibini çox sıradan bir komanda kimi göstərdi. "

Sözlərinə davam edən ingilis futbolçu, "Liverpul"un daha böyük fərqlə qalib gələ biləcəyini iddia edib:

"'Liverpul' 'Qalatasaray' qarşısında 11:0 və ya 12:0 hesabı ilə qalib gələ bilərdi. Çox rahat qələbə qazandılar."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.