Dünya

Koreya paytaxtında son 42 ilin ən güclü qarı yağdı

30 Dekabr 2023 21:08
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koreya Respublikasının paytaxtı Seul şəhərinə bu gün yağan qar 1981-ci ildən bəri dekabr ayı üçün ən güclü qar yağıntısı olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Koreyanın meteorologiya xidməti məlumat yayıb.

Dekabrın 30-da qarın qalınlığı 12,2 sm olub. Bu ay üçün maksimum göstərici 1981-ci il dekabrın 19-da qeydə alınıb, 42 il əvvəl 18,3 sm yağıntı düşüb.

Qış üçün ən yüksək göstəricilərdən biri 2010-cu il yanvarın 4-də qeydə alınıb, qar örtüyünün dərinliyi 25,4 sm olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.