Dünya

"Putin amansız işğalçı müharibəsini davam etdirir"

30 Dekabr 2023 00:18
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konqres Ukraynaya yardımla bağlı hərəkətə keçməlidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya genişmiqyaslı hava zərbələri ilə bağlı "X" hesabında bildirib.

Ölkəsinin Rusiyanın bu gün Ukraynaya dəhşətli zərbələrini kəskin şəkildə pislədiyini vurğulayan dövlət katibi Ukraynaya yardımın davam etdirilməli olduğunu vurğulayıb:

"Putin amansız işğalçı müharibəsini davam etdirdiyi üçün biz Ukraynanın özünü müdafiə etməsinə dəstək verməliyik. Konqres yeni ildə hərəkətə keçməlidir", - deyə Blinken qeyd edib.

Xatırladaq ki bu gün səhər saatlarında Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə raket və dron hücumları nəticəsində öldürlən ukraynalıların sayı 26-ya yüksəlib, 120-yə yaxın şəxs yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.