Dünya

Bu ölkədə ölümü könüllü seçənlərin sayı xeyli artdı

31 Dekabr 2023 02:25
Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada 2022-ci ildə könüllü evtanaziya hallarının sayı 2021-ci illə müqayisədə 31,2% artıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə CBC kanalı ölkənin Səhiyyə Nazirliyinin statistikasına istinadən məlumat yayıb.

Keçən il həkimlərin köməyi ilə 13,2 mindən çox kanadalı ölümü könüllü qəbul edib. 2022-ci ilin sonunda Şimali Amerika ölkəsində qeydə alınan bütün ölümlərin 4,1%-ni evtanaziya təşkil edib. 2023-cü il üçün məlumatlar hələ dərc edilməyib.

2016-cı ilin iyun ayından qüvvədə olan evtanaziya qanunu yalnız Kanada vətəndaşlarına şamil edilir. Qanuna görə, yalnız sağalmaz xəstəliklərdən əziyyət çəkən və ya ölümlə nəticələnəcək xəsarətlər alan 18 yaşdan yuxarı psixi cəhətdən sağlam insanlar həkimlərin köməyi ilə könüllü ölə bilər. Qanun evtanaziya edən həkimlərin cinayət təqibini ləğv edib. 2016-cı ildən bəri bu qanundan 45 minə yaxın insan istifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.