Dünya

Bu məhsulun qiyməti rekord həddə çatdı - Kilosu 1,4 min dollar...

27 Dekabr 2023 10:20
Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda premium zəfəranın qiyməti kiloqramı 1,4 min dollara qalxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qiymətin rekord artımı qlobal iqlim dəyişikliyi problemi ilə izah edilib.

Şaxtalı qışlar, quraq yazlar və isti yaylar ölkənin şərq rayonlarına mənfi təsir göstərib. Su mənbələrinin quruması İranda məhsulun 400 tondan 170 tona düşəcəyi gözlənilir. Nəticədə premium zəfəranın qiyməti il ​​ərzində iki dəfə artaraq daxili bazarda 1,4 min dollara, xaricdə isə 1,8 min dollara yüksəlib.

Qeyd edək ki, İran dünya bazarında zəfəranın 90 faizdən çoxunu istehsal edir. Bir kiloqram zəfəran istehsal etmək üçün 170 minə qədər çiçək tələb olunur. Onlar əl ilə yığılır və sonra qurudulur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.