Dünya

Bu ölkədən Rusiyanın silah istehsalını çətinləşdirən qərar

27 Dekabr 2023 08:38
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanın İqtisadiyyat Nazirliyi yüksək texnologiyalı malların hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün Rusiya və Belarus üçün sanksiya tətbiq edilən malların siyahısını genişləndirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Tayvan hökuməti qeyd edib ki, Tayvanla Rusiya arasında birbaşa ticarət minimal səviyyədədir. Beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün sanksiyalar da genişləndirilib.

Siyahıya istehsalında Tayvanın dünya lideri olduğu yarımkeçiricilərin istehsalı üçün avadanlıqlar, həmçinin müəyyən kimyəvi maddələr və dərmanlar daxildir. Bunlar artıq çip sənayesinə yönəlmiş məhdudiyyətləri genişləndirən əlavə tədbirlərdir.

Tayvanın İqtisadi İşlər Nazirliyinin məlumatına görə, yeni sanksiyalar artıq Avropa Birliyi, ABŞ və digər ölkələrin elan etdiyi sanksiyalara uyğundur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.