Dünya

Sandu növbəti dəfə prezident olmaq istəyir

24 Dekabr 2023 15:05
Baxış: 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldova Prezidenti Maya Sandu 2024-cü ildə respublikanın Avropaya inteqrasiyası məsələsi üzrə ümumxalq referendumu keçirmək niyyətində olduğunu bəyan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə dövlət başçısı kimi fəaliyyətinin üçüncü ildönümü ilə bağlı videomüraciətində bildirib.

"Mandatın olduğu üç il ərzində biz evdə sülhü qoruya bildik, ölkənin müstəqilliyini möhkəmləndirə bildik, xalqla birlikdə hökumətimiz var və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başladıq. Bizim gələcəyimiz Avropa ailəsindədir və Moldova üçün hansı yolu seçdiyimizi bütün ölkəyə aydın şəkildə söyləmək lazımdır", - Sandu bildirib.

Bununla əlaqədar Moldova Prezidenti parlamentə respublikanın Avropa İttifaqına daxil olması məsələsi üzrə referendumun təşkili üçün müraciət edib. O xatırladıb ki, prezidentlik müddətinin bir hissəsi kimi o, Aİ-yə daxil olmaq missiyasını yerinə yetirməyə söz verib.

Qeyd edək ki, bundan əvvəl Avropa Şurasının rəhbəri bildirib ki, Avropa ölkələrinin başçıları Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.