Dünya

Kim Çen In təxribatlara nüvə zərbəsi ilə cavab verəcəyini vəd etdi

21 Dekabr 2023 07:22
Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Koreya digər dövlətlərin təxribatları halında dərhal nüvə silahı ilə hücumla cavab verəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu ölkə lideri Kim Çen In deyib.

Siyasətçi bir gün əvvəl, dekabrın 20-də "Hwasong-18" qitələrarası ballistik raketinin buraxılışı üzrə təlimdə iştirak edən Baş Raket İdarəsinin hərbçiləri ilə görüşüb və onları uğurlu buraxılış münasibətilə təbrik edib.

"Hərbi fəaliyyət nüvə strategiyasının və doktrinasının təkamülünü nümayiş etdirib, buna görə KXDR hətta düşmən onu nüvə silahı ilə təhrik etdikdə nüvə cavabından çəkinməyəcək", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.