Dünya

Almaniya Rusiyanın 720 milyonunu müsadirə edir

20 Dekabr 2023 22:10
Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Baş Prokurorluğu Rusiyanın dondurulmuş 720 milyon avrodan çox pulunu müsadirə etmək istəyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Şpigel" nəşri yazıb.

"Bu pullar sanksiyaya məruz qalmış adı çəkilməyən rus şirkətinə məxsusdur. Federal Prokurorluq qərar verib ki, pullar müsadirə olunmalıdır. Əgər bu baş versə, o zaman digərləri üçün də presedent olacaq", - nəşr bildirib.

"Skay Nyus" telekanalının da verdiyi məlumata görə, Avropa Birliyi gələn həftə Rusiyanın dondurulmuş aktivlərindən necə istifadə edəcəyinə qərar verə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.