Dünya

Paşinyan növbədənkənar seçkiyə gedəcək?

20 Dekabr 2023 16:59
Baxış: 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan hakimiyyət növbədənkənar seçki keçirmək fikrində deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu hakim "Mülki müqavilə" partiyasından olan deputat Armen Xaçatryan deyib.

"Növbədənkənar seçkiyə niyə getməliyik, problem nədir? Belə bir müzakirə olmayıb. Konstitusiyaya görə, parlament 5 il müddətinə seçilir. Müddət bitdikdən sonra yeni seçki olacaq", - o bildirib.

Qərbin növbədənkənar seçkiyə meyilli olmasına dair söz-söhbətlərə cavab olaraq Xaçatryan qeyd edib ki, Qərb heç nəyə meyilli deyil:

"Mən hazırda növbədənkənar seçkiyə ehtiyac görmürəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.