Dünya

10 il sonra məzarından çıxarılan qadının bu görüntüləri bütün dünyanı şoka saldı - FOTOlar

23 Dekabr 2023 19:02
Baxış: 3 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dominikan Respublikasında 10 il əvvəl vəfat edən qadın məzarından çıxarılıb və onun görüntüləri hər kəsi təəccübləndirib.

Milli.Az sfera.az-a istinadən bildirir ki, hadisə Dominikan Respublikasında baş verib.

Bir ailənin 10 il əvvəl dünyasını dəyişən nənəsinin məzarı açılaraq qazılıb.

Ailə 10 il əvvəl dünyasını dəyişən Marqarita Rosario adlı qadını eksqumasiya edərək ona ağ paltar geyindiriblər.

Lakin məzar qazıldıqdan sonra tapılan cansız cəsəd görən hər kəsi şoka salıb. Qadının saçları, dərisi və skeleti hələ də salamat olub.

Ağ paltar geyindirilən qadını görmək istəyənlər sözün əsl mənasında sıraya düzülüb.

Hadisədən xəbər tutan məhəllə sakinləri dərhal görməyə gedərək qadın haqqında bunları deyiblər:

"O, sağ olanda çox yaxşı insan olub. Bəlkə də buna görə bədəni toxunulmaz qalıb".

Bütün təkidlərə baxmayaraq, ailə üzvləri 10 il əvvəl dünyasını dəyişən nənənin meyitinin çıxarılma səbəblərini heç kimlə bölüşməyiblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.