Dünya

Girovların azad edilməsi üçün VACİB GÖRÜŞ

17 Dekabr 2023 20:34
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qəzzadakı israilli girovların azad edilməsi məsələsini müzakirə etmək üçün Avropa ölkələrinin birində Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Bu, Qəzzada döyüşlərin bərpasından sonra yüksək vəzifəli İsrail və Qətər rəsmiləri arasında ilk görüş olub.

Portalın mənbələrindən biri danışıqların "yalnız başlanğıc" olduğunu bildirib və prosesin "uzun, çətin və qarışıq olacağını" vurğulayıb.

Mənbələrin bildirdiyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Berns və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel görüş barədə məlumatlandırılıb və onlar girovlarla bağlı razılaşmanın təmin edilməsi üçün səyləri yeniləməyə kömək edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.