Dünya

ABŞ Konqresi prezidentin bu səlahiyyətini əlindən aldı

15 Dekabr 2023 20:35
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, müvafiq bənd 2024-cü il maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyətləri Aktında (NDAA) yer alıb.

Konqresin hər iki palatası tərəfindən təsdiqlənən sənədə əsasən, ABŞ prezidenti senatorların üçdə ikisinin təsdiqi, Senatın məsləhəti və razılığı olmadan NATO-da iştirakını dayandıra və ya təşkilatdan çıxa bilməz.

Senatorların fikrincə, NATO-dan çıxışın məhdudlaşdırılması barədə təklif ABŞ-nin milli təhlükəsizliyinin əsasını təşkil edən təşkilata ölkə tərəfindən dəstəyi təsdiqləyir.

"Biz milli maraqlarımızın müdafiəsini və demokratik müttəfiqlərimizin təhlükəsizliyini təmin etməliyik", - senator Mark Rubio deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.