Dünya

Ukraynalı deputatın törətdiyi terror aktının səbəbi məlum oldu - YENİLƏNİB - VİDEO - FOTO

15 Dekabr 2023 19:54
Baxış: 1 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynalı deputatın törətdiyi terror aktının səbəbi korrupsiya olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, bu gün iclas zamanı partlayış törədən "Xalqın xidmətçisi" partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul edilməzdən əvvəl ötən il üçün xərclər haqqında hesabat tələb etsə də, nəticəsi olmayıb.

Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək bəyan edib ki, Keretskov icmasının başçısına maaşının 50%-i qədər artım və hər ay maaşın 100%-i qədər bonus verilməsi düzgün deyil.

Bundan sonra Batrin bir-iki dəqiqəliyə zaldan çıxıb və üç qumbara ilə geri dönərək ona söz verilməsini tələb edib, lakin həmkarlarının diqqətsizliyini görcək sursatları işə salıb. Bundan əvvəl Batrin kənd sovetinin başçısını və onun dövlət satınalmaları ilə bağlı israfçılığı tənqid edən bir neçə video yayımlayıb.

------

15:20

Ukraynanın Zakarpatiya vilayətində deputatlardan biri kənd sovetinin iclası zamanı qumbara partladıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə məlumatı Ukrayna Milli Polisi öz teleqram kanalında paylaşıb. 

İlkin məlumata görə, hadisə nəticəsində qumbaranı partladan deputat həlak olub. Daha 26 nəfər isə yaralanıb. Onlardan altısının vəziyyətinin ağır olduğu qeyd olunub.

Hazırda insidentin səbəbi araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.