Dünya

Livanın cənubunda vəziyyət daha da pisləşib

14 Dekabr 2023 00:24
Baxış: 782
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra Livanın cənubunda vəziyyət daha da pisləşib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"İsrailin Müdafiə Ordusunun əsgərləri Livanda Hizbullah qruplaşmasına zərbələr endirib. Bundan əlavə, qırıcılar Hizbullahın infrastrukturuna və hərbi obyektinə də zərbələr endirib", - məlumatda bildirilib.

Qeyd olunur ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra Livanın cənubunda vəziyyət pisləşib. İsrail ordusu və Livan Hizbullahının döyüşçüləri sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.