Dünya

Rusiyada qıtlıq: türk şirkətləri tədarükə başladı

13 Dekabr 2023 22:09
Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türk şirkətləri Rusiyaya toyuq yumurtası ixrac etməyə başlayıb. Təchizatla bağlı heç bir problem olmayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Yumurta İstehsalçıları Birliyinin sədri Mustafa Afyon deyib.

"Üç şirkətimiz tədarüklərə başlayıb. Ümumilikdə 21 türk şirkəti Rusiyaya toyuq yumurtası tədarükü üçün icazə alıb. İxracla bağlı heç bir problem olmayacaq, biz Rusiya tərəfinin bütün ehtiyaclarını ödəməyə hazırıq", - Afyon bildirib.

Qeyd edək ki, Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb. Yumurtanın qiyməti ölkədə 17 faiz bahalaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.