Dünya

Sensasiya: Rusiya Ukraynada şəxsi heyətin 90 faizini itirib!

13 Dekabr 2023 09:13
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ kəşfiyyatının məxfiliyi qaldırılmış hesabatında deyilir ki, Ukraynada müharibə Rusiyaya 315 min ölü və yaralı hərbçi, yaxud münaqişənin başlanğıcında malik olduğu şəxsi heyətin təxminən 90 faizi hesabına başa gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.

Hesabatda deyilir ki, şəxsi heyət və zirehli texnikada verdiyi itkilərdən dolayı Rusiya ordusunun modernləşdirilməsi 18 il geriyə düşüb.

Bildirilib ki, ABŞ kəşfiyyatının bu yaxınlarda məxfiliyi ləğv edilmiş hesabatında Rusiyanın 2022-ci ilin fevralında 360 min hərbçi ilə Ukraynaya genişmiqyaslı müdaxiləyə başladığı təxmin edilir. O vaxtdan bəri, hesabata görə, 315 min rus əsgər və ya Rusiyanın müharibəyə başladığı ümumi hərbçi sayının təxminən 87%-i öldürülüb və ya yaralanıb.

Məhz bu itkilər Rusiyanı orduya qəbul standartlarını yumşaltmağa, məhkumları və yaşlı mülki şəxsləri Ukraynaya göndərilmək üçün çağırmağa səbəb edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.