Dünya

ABŞ İsraildən hərbi əməliyyatları yeni ilə qədər bitirməyi tələb edib - KİV

11 Dekabr 2023 11:16
Baxış: 1 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ rəhbərliyi İsraildən Qəzza zolağındakı hərbi əməliyyatları yeni ilə qədər başa çatdırmağı tələb edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "The Economist" yayıb. 

Jurnal yazır ki, İsrailin Müdafiə ordusu buna baxmayaraq, hərbi fəaliyyətini davam etdirəcək. Lakin əməliyyatların intensivliyinin azaldılacağı proqnozlaşdırılır. 

Mənbənin jurnala verdiyi açıqlamaya görə, ABŞ rəhbərliyinin mövqeyini İsrailə ABŞ dövlət katibi Entoni Blinken ölkəyə bu yaxınlarda etdiyi səfər zamanı çatdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory