Dünya

Belçika parlamentinin iranlı üzvünün həyatı təhlükədədir

5 Dekabr 2023 12:54
Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçika polisi ölkə parlamentinin İran əsilli üzvü Dərya Səfaiyə həyatının təhlükədə olduğu barədə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Bununla bağlı Dərya Səfainin özü bildirib. İran rejiminə müxalif parlament üzvü qeyd edib ki, polislər ona təhlükənin radikal islamçılar tərəfindən olacağını söyləyiblər.

"İslamçılar İranı işğal edərək bir dəfə mənim həyatımı məhv ediblər. Qərb xalqlarının da eyni təcrübəni yaşamasını istəmirəm və bu məqsəd üçün mübarizə aparacam", - deyə Dərya Səfai əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.