Dünya

Berbok Parisdəki hücumla bağlı açıqlama verdi

3 Dekabr 2023 13:51
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın xarici işlər naziri Annalena Berbok Parisdəki hücumda həlak olan alman əsilli filippinli turistin ailəsinə başsağlığı verib və terrora Avropada yer olmadığını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Berbok bu barədə X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Parisdən şok xəbər aldıq. Düşüncələrim islamçıların hücumu zamanı öldürülən gənc almanın dostları və ailəsi ilədir" - deyə yazıb.

Nazir eyni zamanda zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb. "Avropada nifrət və terrora yer yoxdur" deyə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri fikirlərini yekunlaşdırıb.

Xəbər verdiyimiz kimi, Fransanın paytaxtı Parisdə bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumata görə, Parisdə "Hakeim" metro dayanacağı yaxınlığında bir nəfər bıçaqla yoldan keçənlərə hücum edib. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Polis tərəfindən saxlanılan 1997-ci il təvəllüdlü hücumçunun fransız olduğu bildirilib. Təcavüzkarın kəşfiyyat qeydlərində radikal meylli biri kimi göstərildiyi də bildirilir.

Paris prokurorluğu hadisə ilə bağlı "qətl" və "qəsdən adam öldürməyə cəhd" maddələri ilə istintaqa başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.