Dünya

Təyyarə havaya qalxarkən ağaca dəydi - Qəzada deputat öldü

3 Dekabr 2023 11:24
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölkə parlamentinin deputatı da daxil olmaqla 4 nəfər həlak olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə qanunverici orqanın aşağı palatası məlumat yayıb.

"Dekabrın 2-də axşam məlum oldu ki, deputat Valter Arms San Pedro departamentinin Quayaibi rayonunda təyyarə qəzası nəticəsində həlak olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha üç nəfər həlak olub", - deyə məlumatda bildirilir.

Deputatlar Palatası həmçinin bildirib ki, deputatın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

Ultima Hora qəzetinin yazdığı kimi, ilkin məlumatlara görə, göyərtəsində 4 nəfərin olduğu təyyarə havaya qalxarkən ağaca dəyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.