Dünya

Blinken Qüdsdə Netanyahu ilə görüşdü

30 Noyabr 2023 21:54
Baxış: 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Antoni Blinken Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu və Hərbi Nazirlər Kabineti ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Blinken görüş zamanı ABŞ-nin İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnu dəstəklədiyini bildirib.

Blinken İsraili mülki insanlara zərər verməmək üçün hər cür tədbir görməyə çağırıb.

ABŞ dövlət katibi vurğulayıb ki, Qəzzanın cənubunda hər hansı bir hərbi əməliyyatdan əvvəl oradakı mülki vətəndaşlar qorunmalı və onların ehtiyacları nəzərə alınmalıdır.

Görüş zamanı əsir mübadiləsi və Qəzzaya çatdırılan humanitar yardımın sürətləndirilməsi məsələləri də müzakirə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.