Dünya

Qızının doğulmasından bir ay sonra sevgilisindən ayrıldı

29 Noyabr 2023 20:53
Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının braziliyalı futbolçusu Neymar və model Bruna Byankardi qızları dünyaya gələndən bir ay sonra ayrılıblar. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Bruna bu barədə "Instagram"da məlumat yayıb. 

"Bu, şəxsi mövzudur, lakin mediada hər gün müzakirə olunduğu üçün sizə bildirirəm ki, hazırda heç kimlə münasibətim yoxdur. Biz Mavinin valideynləriyik və bizi birləşdirən bütün bunlardır", - Byankardi bu mövzunun daha az marağa səbəb olacağına ümid etdiyini bildirib.

Oktyabrın 7-də Neymar və Byankardinin Mavi adlı qızı dünyaya gəlib. 31 yaşlı futbolçunun əvvəlki münasibətindən 2011-ci il təvəllüdlü bir oğlu da var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.