Dünya

Azərbaycanlı kursant döyüşdə yaralandı - FOTO

28 Noyabr 2023 14:46
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada Polis Akademiyasının azərbaycanlı kursantı İbrahim İsmət oğlu Paşayev Rusiya ordusu ilə döyüşlərdə yaralanıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, əslən Qərbi Azərbaycanın Zəngibasar rayonundan olan, Ukraynanın Xmelnitsk vilayətinin Kamen-Podol şəhərində doğulub böyüyən kursant Donetsk vilayətindəki döyüşlərdə iştirak edirmiş.

Müharibəyə könüllü gedən İ.Paşayev kursant olmaqla yanaşı, həm də Ukrayna Milli Polisinin Kiyev İdarəsinin əməkdaşıdır.

O, hazırda Kiyevdə hospitalların birində müalicə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.