Dünya

İmran Xanın müşavirinin üzünə “kislota” atılıb

28 Noyabr 2023 13:15
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naməlum şəxs Pakistanın keçmiş Baş naziri və "Ədalət naminə hərəkat" partiyasının rəhbəri İmran Xanın müşaviri Şəhzad Əkbərin üzünə "kislota" atıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "The Independent" qəzeti yayıb. 

Hadisə Britaniyanın Hartfordşir qraflığında Əkbərin evinin yaxınlığında baş verib. 

O bildirib ki, naməlum şəxs 4 yaşlı qızının gözü qarşısında onun üzünə "kislota" atıb. Əkbər eynək taxdığından gözlərinə ziyan dəyməyib. Xəstəxanaya çatdırılan pakistanlı müşavir 8 saatdan sonra evə buraxılıb. 

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.