Dünya

Borrell İsraili tənqid edib

27 Noyabr 2023 21:53
Baxış: 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İsraili işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salmasına görə tənqid edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "X" hesabında paylaşım edib.

"Müharibənin ortasında İsrailin daha çox qeyri-qanuni qəsəbələr tikmək üçün yeni vəsait ayırdığını öyrənmək məni dəhşətə gətirir. Bunun özünümüdafiə ilə heç bir əlaqəsi yoxdur və bu, İsraili daha təhlükəsiz etməyəcək. Yaşayış məntəqələrinin salınması beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və İsrailin ən böyük təhlükəsizlik öhdəliyidir", - Borrell paylaşımında bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.