Dünya

Əsrin toyu: Bu toya 59 milyon dollar xərcləndi - FOTO

26 Noyabr 2023 23:35
Baxış: 2 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə 26 yaşlı amerikalı Madlen Brokvey və Jakob Laqronun toyu müzakirələrə səbəb olub.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, toy şənliyi artıq "əsrin toyu" elan edilib. Medianın hesablamalarına görə, yeni evlənənlər toya 59 milyon dollar xərcləyib.

Toy Fransanın paytaxtında baş tutub. Yeni evlənənlər şəxsi təyyarə ilə ABŞ-dan Parisə gəliblər. Dördgünlük mərasimin əsas hissəsi açıq havada, Eyfel qülləsinə baxan şəxsi bağda baş tutub.

Qeyd edək ki, cütlük toy şənliyindən əvvəl Paris Operasında şam yeməyi, "Chanel Haute Couture Suite"də xüsusi şam yeməyi, Versal sarayında gecələmə və Zəfər tağı altında ziyafət təşkil edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.