Dünya

Girovlar gecəyə kimi azad edilməsə... - İsrail hərəkətə keçir?

25 Noyabr 2023 23:24
Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fələstinin HƏMAS radikal hərəkatı yerli vaxtla saat 00:00-a qədər girovların ikinci qrupunu azad etməsə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatları bərpa edə bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İsrail televiziyasının 13-cü telekanalı mənbəyə istinadən məlumat yayıb.

"Əgər HƏMAS gecə yarısına qədər girovları azad etməsə, biz Qəzza zolağında manevrlərə qayıda bilərik" - deyə bildirilib.

Qeyd edək ki, bu gün axşam saatlarında Fələstinin Əl-Əqsa telekanalı xəbər verib ki, Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı Qəzza zolağından israilli girovların ikinci qrupunu Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.