Dünya

Rusiya və Gürcüstanı birləşdirən yol bağlandı

24 Noyabr 2023 21:49
Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan Hərbi Yolu əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bütün nəqliyyat növləri üçün müvəqqəti bağlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə İdarəsi məlumat yayıb.

Məlumata görə, bu, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin oluna bilməməsi, eləcə də Gürcüstan sərhədçilərinin tövsiyələrinin nəzərə alınması ilə bağlıdır.

Qeyd edək ki, Gürcüstan Hərbi Yolu təkcə Gürcüstanı deyil, Ermənistanı da Rusiya Federasiyası ilə birləşdirən yeganə quru yoludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.