Dünya

Az qala kürəyi üstə yıxılacaqdım - Paşinyan

23 Noyabr 2023 23:07
Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənədlərə görə, bizdə hər şey qaydasındadır, müəyyən etmişik ki, bütün binalar əlillər üçün uyğunlaşdırılmalı və əlçatan olmalıdır. Amma bir çox hallarda praktikada problemlərlə qarşılaşırıq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyan deyib.

"İki gün əvvəl bir binada pandusla qalxmağa çalışdım, ancaq az qala kürəyi üstə yıxılacaqdım. Çünki pandusun bucaqları o qədər geniş idi ki, onu 4*4 ölçülü avtomobillə qalxmaq olardı. Və bu geniş yayılmış bir fenomendir. Pandus var? Bəli, əlbəttə, amma heç kim ondan istifadə etməyə çalışmayacaq. Əlilliyi olan şəxs pandusa qalxmağa çalışsa, pilləkənlərdən istifadə etməyin daha yaxşı olduğunu başa düşəcək", - Paşinyan bildirib.

Qeyd edək ki, bugünkü iclas zamanı hökumət binasının işıqları da sönüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.