Dünya

Yəməndən İsrailə ballistik raketlər atdılar

23 Noyabr 2023 07:48
Baxış: 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yəməndən qanadlı raketlər İsrailin cənubundakı Eylat şəhərində müxtəlif hərbi hədəflərə atılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumatı təsdiqləyib.

Husilər son həftələr dəfələrlə İsrailə raket və dronlarla hücum etməyə cəhd ediblər. Noyabrın 15-də son hücumda onlar Eylat da daxil olmaqla, bir neçə hədəfə ballistik raketlər atıblar. İsrail Ordusu bildirib ki, hava hücumundan müdafiə sistemi Yəməndən Qırmızı dəniz üzərindən atılan raketi ələ keçirib.

Bundan əlavə, husilər Qırmızı dənizdəki istənilən İsrail gəmilərinə, o cümlədən İsrail şirkətlərinə məxsus və ya idarə olunan gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Onlar bu yaxınlarda Qırmızı dənizin cənubunda Ukrayna, Bolqarıstan, Filippin və Meksika vətəndaşları da daxil olmaqla, 25 nəfərin olduğu gəmini ələ keçiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.