Dünya

Həkim dəhşətli hadisədən danışdı: "Görünməmiş səhnələr idi..."

18 Noyabr 2023 18:30
Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Əl Şifa" xəstəxanasına basqın edən İsrail əsgərləri xəstəxanadakı həkimlərə, xəstələrə və köçkünlərə tibb kompleksini boşaltmaq üçün cəmi bir saat vaxt verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Şifa xəstəxanasının həkimi Munir əl-Bərş İsrail ordusunun bir saat ərzində tibb müəssisəsinin boşaldılmasını əmr etdiyi zaman baş verənlərdən danışıb.

Əl-Bərş bildirib ki, təxminən 450 xəstə təxliyə edilib, 120-yə yaxın xəstə isə hərəkət edə bilmədiyi üçün geridə qalıb. "Xəstəxana direktoru, digər dörd həkim və kiçik bir tibb bacısı onlara kömək etmək üçün qaldı" - o deyib.

Fələstinli həkim sözlərinə əlavə edib:

"Xəstələrin çoxu əlil arabalarına və ya təkərli çarpayılara qoyulmuşdu. Ailə üzvləri yaralı uşaqlarını və ya valideynlərini özləri daşımalı oldular. Bunlar dəhşətli, görünməmiş səhnələrdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.