Dünya

İsrail Qəzzada müvəqqəti atəşkəs elan etdi

12 Noyabr 2023 16:40
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisində döyüşləri müvəqqəti dayandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS ordunun mətbuat katibi Avixay Edriyə istinadən məlumat yayıb.

"Yerli vaxtla saat 10:00-dan 14:00-a qədər ərzaqların çatdırılması və əhalinin təxliyəsi üçün Cəbəliyə bölgəsində humanitar məqsədlərlə hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq", - Edri qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, fələstinlilərin Qəzzanın şimalından cənubuna təxliyəsi üçün səhər saat 09:00-dan 16:00-a qədər humanitar dəhliz fəaliyyət göstərəcək.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq "müharibə hazırlığı" elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin "müharibə vəziyyətinə" daxil olduğunu bildirib. Əməliyyat "Dəmir qılınclar" adlanır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.