Dünya

İsrail Suriyadakı obyektlərə zərbə endirdi

12 Noyabr 2023 09:38
Baxış: 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Müdafiə Ordusu (İMO) Qolan təpələrinə hücuma cavab olaraq Suriyadakı "terrorçu infrastrukturun" obyektlərini vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.

"Bir müddət öncə Qolan təpələrinə yönəlmiş dünənki (şənbə) hücuma cavab olaraq İMO-nun qırıcıları Suriyadakı terrorçu infrastrukturun obyektlərini vurub", - məlumatda nəql edilib.

Xatırladaq ki, şənbə günü Ordunun mətbuat xidməti Suriya tərəfindən atəşin qeydə aldığını və cavab atəşi açmağa başladığını bildirmişdi.

Qeyd edək ki, Qolan təpələrinin böyük hissəsi 1967-ci ildən İsrailin işğalı altındadır. İsrail de-fakto nəzarət etdiyi əraziləri 1981-ci ildə ilhaq edib. Beynəlxalq ictimaiyyət ilhaqı tanımayıb. 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərində suverenliyini tanımış ilk ölkə olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.