Dünya

İstanbulda razılığa gəldilər: lakin Ukrayna...

11 Noyabr 2023 20:41
Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müxtəlif hesabatlardan və kəşfiyyat mənbələrindən əldə etdiyimiz məlumata görə, ötən il İstanbulda ruslar və ukraynalılar arasında razılaşma əldə olunub. Lakin ukraynalılar bunu amerikalıların göstərişi ilə imzalamayıblar".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.

Baş nazir bu məlumatın bir gün məlum fakta çevriləcəyini iddia edib.

Ukraynanın şərqindəki böhranın ABŞ-ın hadisəyə qarışması ilə böyüdüyünü vurğulayan Orban müharibədə cəbhəyə göndərilən əsgərlərin sayına, silah-sursata və hərbi yardım üçün xərclənən vəsaitə diqqət çəkib:

"Macarıstan Ukraynaya silah transferini dəstəkləməyib. Mən, həmçinin macar vergi ödəyicilərinin pullarından Ukrayna ordusuna silah almaq üçün istifadə edilməsinin tərəfdarı deyiləm".

Macar lider Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına başlamaq təklifinə də qarşı çıxıb.

Macarıstanın bu mövzuda mövqeyinin aydın olduğunu bildirən Orban deyib: "Ukrayna heç bir şəkildə Aİ-yə üzvlüklə bağlı danışıqlara hazır deyil. Macarıstanın mövqeyi aydındır. Danışıqlar əsla başlamamalıdır".

Qeyd edək ki, dekabrın ortalarında Aİ liderlərinin Ukraynanın birliyə rəsmi olaraq dəvət edilməsi ilə bağlı qərar verəcəyi gözlənilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.